Bank Of Baku

Bakıda IBM şirkətinin təşkilatçılığı beynəlxalq İT-forum keçirilir

Bakıda IBM şirkətinin təşkilatçılığı beynəlxalq İT-forum keçirilir
# 21 fevral 2013 09:37 (UTC +04:00)

Təcrübə. Ağıllı həllər» adlı beynəlxalq forum keçirilir.

 

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkənin İKT sektorunun dinamik inkişafından və hazırda bu sahədə icra olunan layihələrdən danışıb və qeyd edib ki, hazırda əsas məqsəd sektorun inkişafını digər sahələrdə də əks olunmasıdır: «Biz yeni texnologiyaların tətbiqindən geniş istifadə edirik. Buna misal olaraq fevralın əvvəlində orbitə buraxılmış peyki gətirmək olar, hansı ki, MDB, Asiya, Yaxın Şərq, Afrika regionlarına yönəldiləcək».


E.Vəlizadə həmçinin bildirib ki, Azərbaycan bir sıra beynəlxalq İT şirkətləri ilə əməkdaşlıq edir və həmin şirkətlər ölkənin İKT sektorunun inkişafına öz töhfəsini verir: «Ümid edirəm ki, IBM də Azərbaycanda bu sahənin inkişafına öz töhfəsini verəcək. Belə ki, bu şirkətin təklif etdiyi məhsul və həllərə bütün dünyada tələbat var».


Tədbirdə çıxış edən IBM şirkətinin satış üzrə rəhbəri Sergey Tabulin şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib və bildirib ki, 2012-ci ildə şirkətin gəlirləri 104,5 mlrd. ABŞ dolları, mənfəəti 16,6 mlrd. dollar, «BRİK» (Braziliya, Rusiya, Hindistan və Çin) ölkələrində gəlirlərin artımı 7% təşkil edib. S.Tabulin IBM gələcək planlarından söz açaraq qeyd edib ki, 2015-ci ildə şirkətin inkişaf edən ölkələrdə biznesinin inkişaf payının 30%-ə çatacağı gözlənilir və bu ölkələr sırasına Azərbaycan da daxildir.

 

Forumda həmçinin bildirilib ki, bu gün informasiya dünyada bütün məsələləri həll edir və biznesi uğurlu inkişaf etdirmək, bazarın tələblərinə daha operativ reaksiya vermək və rəqibləri qabaqlamaq üçün şirkətlərə daha dəqiq təhlil və məlumatları daha effektiv istifadə etmək üçün innovasiya alətləri lazımdır. IBM şirkəti İT sahəsində innovasiyaları hazırlayan dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət İT-servislərin optimallaşdırılması, bu sistemin effektivliyini artırmaq və xərclərin azaldılması üçün etibarlı həllər təklif edir.

 

Bu və digər texnoloji innovasiyalar məhz sözügedən forumda təqdim olunur və bu məhsullar ətrafında geniş müzakirələr aparılır.

 

Qeyd edək ki, APA İnformasiya Agentliyi forumun rəsmi media tərəfdaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR