Bank Of Baku

Bakıda TASİM layihəsi konsorsiumunun üzvləri arasında anlaşma memorandumu imzalanacaq

Bakıda TASİM layihəsi konsorsiumunun üzvləri arasında anlaşma memorandumu imzalanacaq
# 29 noyabr 2013 09:37 (UTC +04:00)

Bu imzalanma dekabrın ilk günlərində Bakıda keçiriləcək «Bakutel-2013» beynəlxalq sərgisi-konfransı çərçivəsində baş tutacaq.

 

«APA-Economics»in məlumatına görə, bunu XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin («Bakutel-2013») açılışına həsr olunmuş mətbuat konfransında Azərbaycanın rabitə və texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.


Onun sözlərinə görə, konsorsiumun üzvləri Çin, Qazaxıstan, Rusiya, Azərbaycan və Türkiyənin təmsilçiləridir: «Anlaşma memorandumu da bu ölkələrin telekom nümayəndələri arasında imzalanacaq».

 

Qeyd edək ki, «Bakutel-2013» sərgi-konfransı dekabrın 2-5-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR