Bank Of Baku

Bakıda yeni mənzillərin qiyməti ucuzlaşıb

Bakıda yeni mənzillərin qiyməti ucuzlaşıb
# 27 iyun 2014 12:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Bakının daşınmaz əmlak bazarında bu ilin əvvəlindən davam edən qiymət artımı may ayında azalma ilə müşahidə olunub.

 

"MBA Consulting Group" şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ilin əvvəlindən daşınmaz əmlak bazarında ümumi qiymət artımı 13,6% olduğu halda, təkrar yaşayış mənzil bazarında 16,82%, ilkin yaşayış mənzil bazarında isə 10,47% artım müşahidə edilib. Qeyd edək ki, son 3 ildə davamlı qiymət artımı son aylarda bazarda aktivliyin azalması ilə nəticələnib.

 

Ümumilikdə Bakı şəhəri ilkin mənzil bazarında aktivlik may ayında aprel ayı ilə müqayisədə 0,9% artıb, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 7,52% azalıb. Bununla yanaşı son aylar ilkin mənzil bazarının təklif portfelində azalmalar tələbin artımı və tikinti həcminin azalması ilə əlaqələndirilir. Hər ay olduğu kimi, ötən ay da bazarda struktur dəyişikliyi davam edib, nəticədə bazar indikatorlarında uyğun dəyişikliklər qeydə alınıb. Hazırkı ilkin mənzil bazarındakı aktivlik, qiymət indeksində özünü əks etdirib.

 

Son illər üzrə qiymət indeksinin artımı müşahidə edilir ki, buna da səbəb bir tərəfdən paytaxtda söküntü prosesinin artması və digər tərəfdən isə, tikintinin həcminin azalması nəticəsində ucuz mənzillərin təklif portfelində tədricən tükənməsidir. Nəticədə əvvəllər satılmayan (yüksək qiymətə bazara təklif edilən) mənzillərin təklif portfelində paylarının artmasıdır.

 

May ayının sonuna Bakı şəhəri üzrə ilkin yaşayış mənzil bazarında araşdırılmaya məruz qalan iri çoxmənzilli yaşayış binaların sayı 103 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 538 ədəd olub. Bu ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfeli strukturunda, o cümlədən, binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə və inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib. Bazarda təklifin həcmində ay və il üzrə azalmalar qeydə alınıb.

 

Son aylar təklifin həcmində azalmalar müşahidə olunur. Bu azalmaya səbəb kimi, mənzil tikintisində rentabelliyin aşağı olması nəticəsində bu seqmentə investorların maraqlarının azalması ilə bağlamaq olar. Artım əsasən bahalı mənzil bazarında müşahidə edilir. Ay ərzində ucuz mənzillərin təklif portfelində azalmalar davam edib. Çoxmənzilli yaşayış binalarında təklif portfelinin azalması bazarda durğunluğa aparır.

 

Ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi şəhərin III zonasında mütləq çoxluq təşkil edirsə, villa və fərdi evlərin satış portfelində IV zona üstünlük təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə həm əhalinin sıxlığının bu zonada artmasına və həmçinin qiymətlərin yüksəlməsinə zəmin yaradır. Məhz bu amil təklif portfelində də struktur yerdəyişmələrinə səbəb olur və təklif portfeli, həmçinin aktivlik tədricən şəhərin mərkəzindən uzaqlaşır.

 

Hesabat ayı üzrə I və II zonalarda artım, III zonada isə azalma qeydə alınıb. Şəhər üzrə iri yaşayış massivləri əsasən III zonada yerləşdiyindən, tikintinin həcmində bu zonanın payı da mütləq üstünlüyə malikdir.

 

Şəhər üzrə ümumi mənzil bazarında orta qiymət may ayı ərzində 1,02%, 2013-cü ilin müvafiq ayına nəzərən isə 30,64% artım, ilkin mənzil bazarında isə uyğun olaraq ilin əvvəli ilə müqayisədə 4,45% azalma və ötən ilin müvafiq ayına nəzərən isə 40,96% artaraq 1 325 $/kv.m olub. Bazarda satış qiymətləri son 1 il ərzində artıma meyllidir. Qiymətlərin artım tempi ətraf region paytaxt şəhərlərində daşınmaz əmlakın qiymət artımına, bazarda pul kütləsinin və əhalinin gəlirlərinin artım tempinə uyğundur.

 

İlkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətləri son 1 ildə artımla yadda qalıb. May ayında ilkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətinin artması bazadakı aktivliyin artımı ilə bağlı olub. Köhnə tikililərin sökülmə riskləri son nəticədə yeni tikililərdə qeyri-yaşayış sahələrinə tələbin artımı ilə nəticələnir.

 

Əvvəlki ildən fərqli olaraq ilin əvvəlindən “elit” mənzillərin qiymətlərində artım müşahidə edilib. “Elit” mənzillərə qiymət artımı şəhərin II zonası olan Yasamal, Səbail və Nəsimi rayonlarında daha çox hiss edilir.

 

Yaranmış vəziyyət və aparılan müşahidələr onu deməyə əsas verir ki, may ayında bazarda qiymət artımına təklif portfelinin tükənməsinin nəticəsi və 2013-cü ilin davamı kimi baxmaq olar. Ucuz mənzillər üzrə təklif portfelinin imkanları tədricən tükənir (bəlkə də artıq tükənib).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR