Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Aeroportdan verilən məlumata görə, bu gün saat 07:30-da 420 saylı Bakı-Kivev aviareysi üzrə havaya qalxan təyyarə Ukrayna paytaxtında havanın qeyri-sabit olması səbəbindən Tbilisidə enib: «Təyyarənin nə vaxt Tbilisidən Kiyev istiqamətinə uçacağı hələ məlum deyil. Belə ki, bizə verilən məlumata əsasən, Ukrayna paytaxtında hava hələ də qeyri-sabitdir».
Bu aviareyslə uçan sərnişinlərə gəldikdə, hava limanından bildirilib ki, bütün sərnişinlərə lazımi şərait yaradılıb: «Onlar isti yemək və çayla təmin olunublar».
Qeyd edək ki, «Aerosvit» aviaşirkəti Kiyev-Bakı-Kiyev aviareysi üzrə uçuşları hər həftənin II, III, V və VII günləri yerinə yetirir.