Bank Of Baku

Bakının bəzi rayonlarının su təchizatında fasilələr olacaq

Bakının bəzi rayonlarının su təchizatında fasilələr olacaq
# 05 aprel 2013 12:25 (UTC +04:00)

Tədbirlər Planına uyğun olaraq, yay mövsümünə hazırlıq məqsədilə su anbarlarında, magistral və paylayıcı xətlərdə əsaslı yenidənqurma, təmir və profilaktika işləri aparılır.

 

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, yay aylarında Bakı şəhəri və onun qəsəbələri, həmçinin Abşeron rayonu və Sumqayıt şəhərinin dayanıqlı su təchizatının aparılması üçün magistral kəmərlərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr dəyişdirilir, nasosxanaların istismar vəziyyətinə nəzarət olunur. Bu işlər çərçivəsində  «+ 110 Şərq»  su anbarında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Bununla əlaqədar qarşıdakı günlərdə Bakının Sabunçu, Suraxanı, Nizami və Xətai rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

 

Bununla əlaqədar «Azərsu» istehlakçılara içməli sudan qənaətlə istifadə etməyi və israfçılığa yol verməməyi tövsiyə edir, yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR