Bank Of Baku

Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 27 iyun 2014 07:34 (UTC +04:00)

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, saat 11:00-dan etibarən xətlənmə işlərinin aparılması ilə əlaqədar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından “Buta Palace”-a qədər olan ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Bununla yanaşı,  xətlənmə işlərinin aparılması ilə əlaqədar “Buta Palace”-dan Sabunçu yol qovşağına qədər olan ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

 

P. Mürsəliyevin sözlərinə görə, hər iki ərazidə xətlənmə işlərinin saat 18:00-da başa çatdırılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR