Bank Of Baku

Bakıda daha bir yeraltı avtomobil tuneli istifadəyə verilib - YENİLƏNİB

Bakıda daha bir yeraltı avtomobil tuneli istifadəyə verilib - <span style="color: red;">YENİLƏNİB
# 28 dekabr 2012 13:49 (UTC +04:00)

 

«APA-Economics»in məlumatına görə, tədbirdə iştirak edən nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, bu layihə «Gənclik» metro stansiyasının ətrafındakı «Qələbə meydanı» adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin olunmasını nəzərdə tutur. Layihə üzrə bu ərazidə 6 girişi, 10 çıxışı, ümumi uzunluğu 2 470 metr olan 6 tunel tipli yol qovşağının, 10 piyada keçidinin inşası nəzərdə tutulub.

 

Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospektini Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinə birləşdirəcək. Beləliklə, Təbriz küçəsindən hərəkət edən avtomobillər «Gənclik» dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək.

 

Həmçinin, avtomobilləri Xoyski prospektinə qısa döngələrlə istiqamətləndirmək mümkün olacaq. Vaqif prospektindən gələn avtomobillər Xoyski prospektinin altından keçərək, gələcəkdə tikintisi nəzərdə tutulan, ümumi sahəsi 280 min kv. metr, 400 avtomaşınlıq, üçmərtəbəli yeraltı avtomobil dayanacağından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcək.


Həmçinin qeyd olunub ki, layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110 min kv. metrdir. Layihə tamamlandıqdan sonra «Qələbə meydanı» adlanan ərazidə hərəkətin intensivliyi xeyli artacaq. Vaqif prospektində inşa edilən yol qovşağı «Gənclik» metro stansiyasının mövcud tuneli üzərindən keçir.

 
Diqqətə çatdırılıb ki, beynəlxalq standartlara uyğun layihələndirilmiş tunellərin 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınıb. Layihəyə uyğun olaraq ərazidə infrastruktur tamamilə yenilənib. Mövcud çoxsaylı kommunikasiya xətləri dəyişdirilib və daha müasirləri ilə əvəz edilib. Layihə üzrə qazma işləri 80%, 5 tuneldə yeraltı qazma-betonlama işləri isə 100% tamamlanıb.

 

Layihəyə əsasən, «Gənclik» metro stansiyasında əlavə iki yeni piyada çıxışının inşası planlaşdırılır. İlk olaraq «Gənclik» metro stansiyasının Atatürk prospektinə çıxışının «Qələbə meydanı»nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib.

 
Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində istifadəyə verilən yeraltı avtomobil tunelinə gəlincə bildirilib ki, tunelin ümumi uzunluğu 546 metr, eni 16,5 metr, hərəkət zolaqlarının sayı isə dörddür. İnşaat işləri «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC tərəfindən həyata keçirilir. Tunelin daxili işıqlandırma sistemini isə İtaliyanın tanınmış dizayn şirkətləri layihələndirib və icra edib. Buradakı işıqlandırma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləyib və yarımkeçirici diodlar əsasında işləyir. Sistem kompyuter vasitəsilə idarə olunur. Tunelin yan divarlarında kompyuterlə idarə olunan yarımkeçirici diodlar əsasında işləyən işıqlar quraşdırılıb. Tunelin tavanında quraşdırılan projektor isə bir neçə rejimdə gündüz, gecə və qəza şəraitində çalışır. Hərəkət zolağında isə çoxlu sayda istiqamətverici işıqlar quraşdırılıb. Tuneldə fasiləsiz enerji təminatı məqsədi ilə generatordan istifadə olunub. Burada istifadə edilən elektrik kabelləri alışmayan və yüksək dərəcə temperatura davamlı olan materiallardan hazırlanıb. Ərazidə tikinti işləri tam başa çatdıqdan sonra buradakı park əsaslı şəkildə yenidən qurulacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR