Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) «Skype» servisindən istifadə rəsmən qadağan edilib.
«APA-Economics»in məlumatına görə, istifadəçilərə internetdə pulsuz audio və video zənglər etməyə imkan verən «Skype» servisi bağlanıb və bu, provayderlər tənzimləyici orqandan lisenziya alanadək davam edəcək. Lakin ölkədə fəaliyyət göstərən provayderlərdən heç biri qadağanın ləğv edilməsi üçün ərizə ilə müraciət etməyib.