Bank Of Baku

Bu il Azərbaycanda İKT sektoruna 300 mln. manat daxili investisiya yatırılacaq

Bu il Azərbaycanda İKT sektoruna 300 mln. manat daxili investisiya yatırılacaq
# 13 noyabr 2012 13:03 (UTC +04:00)

 

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanın İKT sahəsinə yatırılan daxili investisiyaların 300 mln. manat təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov bildirib.

 

Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanda İKT sektoruna yatırılan daxili investisiyaların həcmi 415 mln. manat təşkil edib ki, bunun əsas hissəsi özəl şirkətlər tərəfindən yatırılıb: «Cari ilin yanvar-sentyabr ayları ərzində İKT sahəsində 218 mln. manat həcmində sərmayə yatırılıb ki, 2012-ci ilin sonuna bu göstəricinin 300 mln. manata çatacağı gözlənilir».

 

V.Zeynalovun sözlərinə görə, İKT sahəsinə yatırılan dövlət investisiyaları əsasən Azərbaycanın gələn ilin fevral ayında orbitə çıxaracaq süni peykin tikintisinə və bunun ətrafında olan məsələlərə yönəldilib: «Bu ilin sonunadək «Azərkosmos» ASC-nin Bakıdakı inzibati binası tikilərək istifadəyə veriləcək. Eyni zamanda, 2012-ci ilin sonunadək orbitə buraxılacaq raketin tam hazırlanaraq uçuş xəttinə gətiriləcəyi nəzərdə tutulub».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR