Bank Of Baku

Bu il Azərbaycanda nəqliyyatçıların orta aylıq əmək haqqı 14% artıb

Bu il Azərbaycanda nəqliyyatçıların orta aylıq əmək haqqı 14% artıb
# 16 noyabr 2012 15:25 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat müəssisələrində işləyən 67,8 min muzdlu işçinin 74,8%-i dövlət müəssisələrində, 25,2%-i isə özəl bölmədə çalışıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, işçilərin 55%-i yerüstü və boru kəməri, 14,7%-i su, 7,9%-i hava nəqliyyatı, 22,4%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşib.

 

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 13,5% artaraq 494,8 manat olub. Bu göstərici hava nəqliyyatında 982,6 manat, dəniz nəqliyyatında 689,8 manat, avtomobil nəqliyyatında 473,8 manat, dəmir yolu nəqliyyatında isə 222,2 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 22,7%, dəmir yolu nəqliyyatında 14,1%, hava nəqliyyatında 7,4%, avtomobil nəqliyyatında isə 5,7% artıb.

 

Eyni zamanda, hesabat dövründə informasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,7 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 9,1% artaraq 619,1 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR