Bu ilin 4 ayında Azərbaycanda 130 minik avtomobili istehsal olunub

Bu ilin 4 ayında Azərbaycanda 130 minik avtomobili istehsal olunub
# 16 may 2018 13:34 (UTC +04:00)

Bu ilin 4 ayında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 83,6 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə artıb, maşın və avadanlıqların istehsalı 5,6%, sair nəqliyyat vasitələrinin istehsalı isə 64% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dövr ərzində məişət kondisionerləri istehsalı olmayıb, bununla yanaşı 505 ədəd traktor, 130 ədəd minik avtomobili istehsal olunub, mancanaq dəzgahlarının istehsalı 5,4 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 2,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR