Bank Of Baku

Bu ilin əvvəlində Azərbaycanda mobil elektron imza xidmətləri istifadəyə veriləcək

Bu ilin əvvəlində Azərbaycanda mobil elektron imza xidmətləri istifadəyə veriləcək
# 07 yanvar 2013 07:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanmış  «Elektron hökumət» bülleteninin ilk sayı dərc olunub.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bülleten ölkədə elektron hökumətin formalaşması istiqamətində görülən və nəzərdə tutulan işləri, elektron hökumət layihələri haqqında məlumatları, o cümlədən elektron xidmətlərin sayını, onlardan istifadə və s. müqayisəli statistikanı təqdim etməyi, ictimaiyyəti məlumatlandırmağı  nəzərdə tutur. Bundan başqa yeni təqdim olunacaq elektron xidmətlərin şərh olunması, müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin analizi və təqdimatlarının işıqlandırılması planlaşdırılıb.

 

Bülletendə həmçinin «Elektron hökumət» portalında yerləşdirilmiş elektron xidmətlərin, ən çox istifadə olunan xidmətlərin, elektron xidmətlərdən istifadə barədə verilən elektron imza  sertifikatlarının sayı haqqında statistik məlumatlar verilib. Ötən ilin dekabr ayı ərzində elektron hökumət portalı vasitəsilə 1 800-dən artıq elektron xidmətdən 8 min dəfə istifadə olunub.

 

Hazırda mobil «e-imza» xidmətlərinin yaradılması üzərində işlər davam etdirilir və bülletendə mobil «e-imza» xidmətlərinin 2013-cü ilin I rübündə istifadəyə veriləcəyi barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR