Bakı. Kəmalə Quliyeva – APA. Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsi yaradılıb. APA-nın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yeni idarə Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən və Dövlət Dəniz Administrasiyası, Əmlak Məsələləri Dövlət Komitəsi və Maliyyə Nazirliyinin razılaşdırılmış təklifləri nəzərə alınaraq yaradılıb.
NK-nın qərarı ilə Dövlət Dəniz Administrasiyasına Nəqliyyat və Texniki-Təminat İdarəsinin əsasnaməsini və strukturunu təsdiq etmək, Maliyyə Nazirliyinə isə idarənin saxlanılması üçün dövlət büdcəsindən müvafiq vəsaitin ayrılmasını təmin etmək tapşırılıb.
NK-nın digər qərarı ilə "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" təsdiq edilib. Nəqliyyat və Texniki-Təminat İdarəsi Dövlət Dəniz Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına aid edilib.