Bank Of Baku

Dövlət naziri: “Abxaziya dəmiryolunun bərpası Gürcüstanın marağındadır”

Dövlət naziri: “Abxaziya dəmiryolunun bərpası Gürcüstanın marağındadır”
# 17 aprel 2013 15:33 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Abxaziya dəmiryolunun bərpası heç zaman gündəmdə olmayıb. Bu, bir təşəbbüs və ideya kimi irəli sürülüb”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata APA-nın sualını cavablandırarkən bildirib.

 

Onun sözlərinə görə, Gürcüstan tərəfi bu cür layihələrin həyata keçirilməsinin əleyhinə deyil: “Bu sadəcə ideyadır və heç bir zaman gündəmdə olmayıb. Bir təşəbbüs kimi Abxaziya dəmiryolunun bərpasında Gürcüstanın marağı var”.

 

Nazir bildirib ki, Abxaziya dəmiryolunun bərpası məsələsi bu gün də gündəmdə deyil: “Ölkə ərazisində nə qədər dəmiryolu, körpü və tunel olarsa, bu həmin ölkənin xeyrinədir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR