Bank Of Baku

Dövlət Radiotezliklər İdarəsi 2012-ci ildə apardığı monitorinqlərin nəticələrini açıqlayıb

Dövlət Radiotezliklər İdarəsi 2012-ci ildə apardığı monitorinqlərin nəticələrini açıqlayıb
# 10 yanvar 2013 10:16 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) 2012-ci ildə apardığı monitorinqlərin nəticələrini açıqlayıb.

 

«APA-Economics»in DRİ-yə istinadən verdiyi məlumata görə, Bakı «Teleqüllə»sindən yayımlanan TV proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə Abşeron yarımadasının Sumqayıt, Tağıyev, Giləzi, Dənizkənarı, Qobustan, Ələt, Şüvəlan, Zağulba, Maştağa, Bilgəh, Zığ, Pirallahı yaşayış məntəqələrində TV siqnalların elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Cəmi 144 məntəqədə 1 404 ölçü işləri aparılıb. Sözügedən yaşayış məntəqələrində Bakı «Teleqüllə»sindən FM radio proqramlarını yayımlayan vericilərin yaratdığı elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Cəmi 144 məntəqədə 1 728 ölçü işləri aparılıb.

 

Respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədi ilə DRİ tərəfindən Şirvan, Səlyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara, Gəncə, Mingəçevir şəhərində, Yevlax, Bərdə, Ağdam, Tər-Tər, Göy-Göl, Samux, Goranboy, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonları ərazisində radiomonitorinq işləri aparılıb ki, televiziya üzrə 95 məntəqədə 1 160, radio üzrə isə 95 məntəqədə 872 ölçü işləri aparılıb.

 

Ölkə ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə Şirvan və Hacıqabul şəhərləri, Səlyan, Neftçala, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, OğuzŞəki, Qax, Zaqatala, Balakən, Masallı, Biləsuvar, Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Astara, Ağdam, Tər-Tər, Quba, Qusar və Xaçmaz rayonları ərazisində radiomonitorinq işləri aparılıb.

 

Respublika ərazisində istismara verilmiş DVB-T rəqəmli TV vericilərinin əhatə dairələri təyin olunub.

 

Ümumiyyətlə, 2012-ci il ərzində DRİ-yə kənar maneə təsiri ilə əlaqədar olaraq televiziya, radio və radiorabitəyə aid 33 müraciət daxil olub. Müraciətlərin hamısı vaxtında araşdırılaraq müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR