Bank Of Baku

Dubayda keçirilən beynəlxalq İKT konfransı haker hücumuna görə işini dayandırıb

Dubayda keçirilən beynəlxalq İKT konfransı haker hücumuna görə işini dayandırıb
# 07 dekabr 2012 06:59 (UTC +04:00)

 

«APA-Economics»in məlumatına görə, haker hücumu nəticəsində nümayəndələr iclasda müzakirə ediləcək cari sənədlərə, həmçinin sıradan çıxarılmış bir sıra daxili saytlara çıxış əldə edə bilməyib. Təşkilatçıların verdiyi məlumata görə, artıq haker qruplarından biri hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Qeyd edək ki, dekabrın 3-də işə başlayan və iki həftə davam edəcək tədbirdə 1988-ci ildə Melburnda (Avstraliya) qəbul edilmiş Telekommunikasiya üzrə Beynəlxalq Reqlamentinə yenidən baxılacağı, əlavə və düzəlişlər olunacaq. Yeni reqlamentdə internetin idarə olunması, internet istifadəçilərinin hüquqlarının qorunması, internet azadlığı, radio və televiziya yayımının tənzimlənməsi, kibertəhlükəsizlik, rouminq danışıqları və tariflər, telekommunikasiya xidmətləri zamanı ərazi bütövlüyünün qorunması kimi məsələlər əksini tapacaq.

 

Konfransın əsas məqsədi sürətli dinamika ilə inkişaf edən telekommunikasiya və informasiya texnologiyaları üzrə ITU (Beynəlxalq Telekommunikasiya İttifaqı) dövlətlərinin, eləcə də özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və akademiya üzvlərinin təkliflərini bir araya gətirərək Reqlamentin yeni mətnini formalaşdırmaqdır.

 

Xatırladaq ki, ITU-nun təşkilatçılığı ilə keçirilən bu tədbirdə 263 üzv ölkədən 2 minə yaxın nümayəndə iştirak edir. Konfransda Azərbaycanın nümayəndə heyəti də iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR