Bank Of Baku

Ekspert: «Bakı-Tbilisi-Qars dəmiryolunun açılması ilə Azərbaycan regional ticarət mərkəzinə çevriləcək»

Ekspert: «Bakı-Tbilisi-Qars dəmiryolunun açılması ilə Azərbaycan regional ticarət mərkəzinə çevriləcək»
# 22 fevral 2013 14:11 (UTC +04:00)

 

Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın bildirib.

 

Onun sözlərinə görə, yeni dəmiryolu təkcə Azərbaycanla Türkiyə arasında deyil, Avropa ilə Asiya bazarları arasında körpü rolunu oynayacaq. Azərbaycanın əlverişli coğrafi mövqeyini, yəni Şimala və Cənuba çıxışlarının olmasını da nəzərə alanda, ölkə regionun əsas ticarət «hab»ına çevriləcək: «Bu qovşağın yaradılması ilə Azərbaycan ətraf ölkələr, eləcə də dünyanın digər regionlarından gətirilən mallar üçün saxlama və ya yönəltmə nöqtəsinə çevriləcək. Belə ki, ölkəyə gətirilən mallar burada saxlanaraq digər ölkələrə yönəldiləcək».

 

Qeyd edək ki, hazırda dünyanın əsas ticarət «hab»ları Dubay, Sinqapur və Honkonq sayılır.

 

ATİB rəhbərinin sözlərinə görə, ilk illərdə qovşağın illik dövriyyəsinin təqribən 5 mlrd. dollar olacağı gözlənilir. Azərbaycan bundan malın dəyərinin təqribən 1%-i qədər gəlir götürəcək: «Mal Azərbaycan torpağına daxil oldu, anbara qoyuldu, sonra isə burdan digər yerə göndərildi, buna görə təqribən 1% ödəniləcək».

 

İlkin dövrdə illik ticarət dövriyyəsinin 5 mlrd. dollar olacağını nəzərə alanda, artıq birinci il Azərbaycanın gəliri təqribən 50 mln. dollar olacaq, sonra isə bu məbləğ getdikcə artacaq: «Bunun üçün Azərbaycan əlavə heç bir xərc çəkməyəcək, əvəzində xarici ölkələrdən regiona gətirilən mallar ticarət qovşağı kimi Azərbaycana yönəldiləcək».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR