Bank Of Baku

Gələn ay Azərbaycana yeni «Mercedes GL-Class» avtomobilləri gətiriləcək

Gələn ay Azərbaycana yeni «Mercedes GL-Class» avtomobilləri gətiriləcək
# 25 yanvar 2013 08:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında «Mercedes-Benz» avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan «Autostar Kaukasus» şirkəti ölkəyə yeni «GL-Class» modelini idxal edəcək.

 

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın avtomobil bazarında yeni «Mercedes-Benz GL» modeli 3 növ mühərriklə təqdim olunacaq. Belə ki, bunlardan biri 3 litrlik (240 at gücü) dizel, digər ikisi isə 4,7 litrlik (380 və 470 at gücü) benzin mühərrikləri olacaq.

 

«GL-Class 2013» modeli «Mercedes-Benz GL» ailəsinin ən güclü avtomobili hesab olunur. Ağır yol şəraiti üçün nəzərdə tutulmuş yeni model 7 nəfərlikdir. Avtomobilin ön fənərləri SLK və SL modellərini xatırladır», - deyə «Autostar Kaukasus» şirkətindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR