Bank Of Baku

Gəncə-Moskva istiqamətində yeni aviareys açılacaq

Gəncə-Moskva istiqamətində yeni aviareys açılacaq
# 08 aprel 2013 12:11 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Tələbatın artması ilə əlaqədar Gəncə-Moskva istiqamətində yeni aviareysin açılması nəzərdə tutulur. Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Rusiyanın «Koqalımavia» özəl aviaşirkəti Gəncə-Moskva istiqamətində yeni reys açmaq istəyir.

 

Müsahibin sözlərinə görə, hazırda tərəflər arasında bununla bağlı danışıqlar aparılır: «Razılaşmalar həll edilərsə, bu ayın axırından uçuşlar başlayacaq. Şirkət həftədə üç dəfə olmaqla  «Airbus-320» və «Airbus-321» təyyarələri ilə sərnişin daşımağı planlaşdırır».

 

B.Nəcəfov bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədan Moskva istiqamətində gedib-gələnlərin sayı çox olduğundan, AZAL («Azerbaijan Airlines») aviaşirkəti də bu istiqamətdə həftədə 3-4 reys artırmaq niyyətindədir.

 

Qeyd edək ki, Gəncə Beynəlxalq Hava limanından Moskvaya və əks istiqamətdə gündə 2-3 aviareys yerinə yetirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR