Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Gəncədə telekommunikasiya şəbəkəsini genişləndirəcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Gəncənin Sadıllı və Avtozavod qəsəbələrində hər biri 2 048 nömrə olan yeni ATS-lər quraşdırılacaq.
Gəncə Telekommunikasiya Qovşağı tələbatı nəzərə alaraq mövcud ATS-lərin nömrə tutumlarını artırıb. Hazırda Gəncədə 65 min telefon abunəçisi mövcuddur.