Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Almaniyanın «Lufthansa» aviaşirkəti güclü qarın yağması səbəbindən Frankfurt aeroportundan 100-ə yaxın aviareysi təxirə salıb.
«APA-Economics»in aviaşirkətin rəsmi İnternet səhifəsinə istinadən verdiyi məlumata görə, aviaşirkət saat 06:55-dən 18:30-dək (Bakı vaxtı ilə saat 09:55-dən 21:30-dək) bir sıra daxili və beynəlxalq aviareysi təxirə salıb ki, onların sırasında Frankfurtdan Brüsselə, Cenevrəyə, Londona, Parisə və Vyanaya reyslər var.
Qeyd edək ki, Frankfurtdan Bakıya uçuşlar hər həftənin II, V və VII günləri yerinə yetirilir və bu səbəbdən aviaşirkətin internet səhifəsində təxirə salınmış aviareyslər arasında Frankfurt-Bakı-Frankfurt aviareysi mövcud deyil.
Xatırladaq Ki, Frankfurt aeroportu Avropanın ən iri hava limanlarından sayılır. Ötən il ərzində sözügedən aeroport 57,5 mln. sərnişinə xidmət göstərib.