Bank Of Baku

Gürcüstan Azərbaycandan sement idxalını artırıb

Gürcüstan Azərbaycandan sement idxalını artırıb
# 21 may 2018 10:28 (UTC +04:00)

Cari ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 4 mln. 711,8 min dollar dəyərində 92 000,4 ton sement idxal edib.
 
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş sementin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.
 
Məbləğ baxımından isə göstərici 2 mln. 410,5 min dollar çoxdur. 
 
Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 2 mln. 301,3 min dollar dəyərində 49 799,9 ton həcmində sement idxal edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR