APA-nın məlumatına görə, bunu «Rezonansi» qəzetinə Gürcüstanın baş naziri Bidzina İvanişvili deyib.
Onun sözlərinə görə, Azərbaycana bildirmək lazımdır ki, tikintinin müəyyən bir mərhələdə Gürcüstan üçün sərf etməyəcək və müəyyən tənzimləmələrin tətbiqi lazım olacaq: «Amma bu asan məsələ olmayacaq, çünki proses artıq başlayıb və tikinti işləri davam edir. Layihənin başlamasından əvvəl ictimai təhlil aparmaq lazım idi, indi isə bunu etmək çətin olacaq. Biz qonşu ölkə ilə əvvəlki hökumət arasında razılaşdırılmış öhdəliklərə hörmət edirik. Bununla belə, müəyyən suallar var və onlara cavab vermək lazım olacaq».
B.İvanişvili həmçinin əlavə edib ki, o, tikinti ilə bağlı sualları Azərbaycana səfəri zamanı verməli olacaq.