Bank Of Baku

Hacıqabuldan Laçına qədər avtomobil yolunun uzunluğu yol nişanında səhv göstərilib - FOTO

Hacıqabuldan Laçına qədər avtomobil yolunun uzunluğu yol nişanında səhv göstərilib - <span style="color: red;">FOTO
# 09 yanvar 2013 16:30 (UTC +04:00)

 

Bu faktla bağlı “APA-Economics”ə müraciət edən vətəndaşlar Hacıqabuldan Laçına qədər avtomobil yolunun uzunluğunun həmin lövhədə yanlış göstərildiyini vurğulayıblar.

 

Sadə hesablamalar da nişanda göstərilən məlumatın düzgün olmadığını təsdiqləyir.

 

Belə ki, Bakıdan Laçınadək olan məsafənin şosse yolla 450 km, Bakıdan Hacıqabula qədər məsafənin isə 110 km olduğunu nəzərə alanda, Hacıqabuldan Laçınadək məsafə təqribən 340 km-dir.

 

Məsafənin digər marşrutla hesablanması da vəziyyəti dəyişmir.

 

Belə ki, rəsmi məlumata görə, Hacıqabuldan Yevlaxa qədər məsafə 180 km-dir. «Azəryolservis» ASC-nin özünün rəsmi saytında yerləşdirilmiş məlumatda Yevlaxdan Laçına qədər məsafə (R58 indeksli Yevlax-Xocalı-Laçın yolunun uzunluğu) 151 km göstərilir. Bununla da, istənilən marşrutla Hacıqabuldan Laçına avtomobil yolunun uzunluğu 330 km-dən az deyil.

 

«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev isə «APA-Economics»ə açıqlamasında yol nişanında göstərilən rəqəmin doğru olduğunu təsdiqləyərək, hər hansı yanlışlığa yol verilmədiyini bildirib.

 

Lakin Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov «APA-Economics»ə açıqlamasında qeyd edib ki, yol nişanında həqiqətən texniki səhvə yol verilib. O, səhvin sabah mütləq aradan qaldırılacağını deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR