Avtobus istifadəçiləri avtobusların dayanacaqlara daha böyük intervalla daxil olduğunu və gözləmə vaxtının artdığını bildirirlər.
Nəqliyyat Nazirliyi isə hava şəraiti ilə əlaqədar olaraq avtobusların hərəkətində gecikmələrin olmasını istisna etməsə də, marşrutlara buraxılan avtobusların sayının azalmadığını bildirir. Bunu «APA-Economics»ə açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov qeyd edib: «Hər gün olduğu kimi, bu gün də xəttə 2 500-ə yaxın avtobus buraxılıb və onlar maneəsiz işlərini davam etdirir. Ola bilər ki, hava şəraiti ilə əlaqədar qrafikdə ləngimə olsun, amma maşınların sayının azalmasından söhbət gedə bilməz».
Nəqliyyat Nazirliyinin rəsmisi marşrut avtobuslarının iş qrafikində də hər hansı dəyişikliyin olmayacağını və onların hər gün olduğu kimi saat 00:00-dək işləyəcəyini bildirib.