Bank Of Baku

Havanın kəskin pisləşməsi Kiyev-Bakı təyyarə reysinin ləngiməsinə səbəb olub

Havanın kəskin pisləşməsi Kiyev-Bakı təyyarə reysinin ləngiməsinə səbəb olub
# 23 mart 2013 14:04 (UTC +04:00)

Kəskin hava şəraiti Bakıya uçan təyyarələrin hərəkət qrafikinə də təsir göstərib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə,  «Azərbaycan Hava Yolları»nın «A320-200» reysi ilə hərəkət edən təyyarəsi qarlı və çovğunlu hava səbəbindən Kiyevdən yola düşə bilməyib. Yerli vaxtla saat 14.10-da yola düşməli və 17.15-də Bakıya çatmalı olan təyyarə hələ də Kiyevin «Borispol» hava limanındadır.

 

Azərbaycanı Ukrayna ilə birləşdirən dəmiryolu əlaqəsi - Bakı-Xarkov-Bakı qatarının qrafikində isə dəyişiklik baş verməyib.

 

«Azərbaycan Dəmir Yolları» QSC-dən "APA-Economics"ə verilən məlumata görə, Xarkovdan Bakıya istiqamətlənən qatar qrafikə uyğun hərəkət edir və sabah Bakıda olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR