Bank Of Baku

Hesabat: Azərbaycan yolların keyfiyyətinə görə dünyada 67-cidir

Hesabat: Azərbaycan yolların keyfiyyətinə görə dünyada 67-cidir
# 28 fevral 2013 11:28 (UTC +04:00)

 

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan yolların keyfiyyətinə görə dünya reytinqində 67-ci yeri tutub. APA-nın məlumatına görə, bu barədə Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hazırlanmış hesabatda deyilir.

 

Cənubi Qafqaz ölkələri arasında ən yaxşı yollar Gürcüstan (56-cı yer), ən pis yollar isə Ermənistandadır (80-ci yer).


Ümumilikdə isə dünyada ən yaxşı yollar Fransa, BƏƏ, Sinqapur, Portuqaliya və Omandadır. Ən pis yollar isə Rusiya, Ukrayna, Qabon, Haiti və Moldovadadır. Postsovet ölkələri arasında isə ən keyfiyyətli yollar Litvadadır (32-ci yer).

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR