Bakı. Könül Cəfərli – APA. İran Mazandaran, Gilan və Gülüstan vilayətlərindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə aviareyslər açmaq istəyir.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın Mazandaran vilayətinin valisi Seyid Əli Əkbər Tahai açıqlama verib.
O bildirib ki, ölkəsi Sari, Rəşt və Qorqan şəhərlərindən Bakıya aviareyslər açılmaq istəyir: “Belə bir reyslərin açılması iki ölkə arasında ticarət əlaqələrin inkişafına təkan verəcək. Nəticədə İrandan məhsul alan Azərbaycan Respublikası vətəndaşlarının xərcləri azalacaq. Biz azərbaycanlı iş adamlarını bu bölgəyə sərmayə qoymağa da dəvət edirik”.