Bank Of Baku

İranın Azərbaycandakı səfiri Dövlət Gömrük Komitəsinin sədri ilə görüşüb - FOTO

İranın Azərbaycandakı səfiri Dövlət Gömrük Komitəsinin sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 19 aprel 2013 13:24 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

DGK mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan-İran əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

 

DGK sədri Aydın Əliyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən A.Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir: “Bununla kifayətlənməməli, səylərimizi daha da gücləndirməliyik”. Komitə sədri iki ölkə arasında ticarətin genişləndirilməsi, “Aslandüz-Horadiz” sərhəd-keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməsi istiqamətində işlərin intensivləşdirilməsinin vacibliyini bildirib.

 

Səfir Möhsün Pak Ayin İran hökumətinin Azərbaycanla münasibətləri heç bir məhdudiyyət olmadan genişləndirməkdə maraqlı olduğunu və bir diplomat kimi iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışdığını söyləyib. Azərbaycan tərəfinin “Aslandüz-Horadiz” sərhəd-keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı təklifinə münasibət bildirən səfir ölkəsinin də bu təklifə müsbət yanaşdığını, sərhədyanı ticarətin genişləndirilməsinə töhfə olacaq bu məntəqənin yaxın zamanlarda fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.

 

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayan Möhsün Pak Ayin bütün sahələrdə, o cümlədən gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, Azərbaycan və İran gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi məqsədilə iki ölkənin sərhəd-gömrük buraxılış məntəqələri əməkdaşlarının işgüzar görüşlərinin keçirilməsinin, bu məntəqələrdə vətəndaşların rahat gediş-gəlişinə mane ola biləcək problemlərin yerindəcə həll edilməsinin, eləcə də ölkələrimizin gömrük sahəsi üzrə mövcud qanunvericiliklərinin daha dərindən mənimsənilməsi üçün birgə treninqlərin keçirilməsinin zəruriliyini nəzərə çatdırıb.

 

Ümumiyyətlə, əməkdaşlıq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətindən də danışan səfir İran Gömrük Administrasiyasının rəhbəri Abbas Memarnejadın rəsmi dəvətini DGK sədri Aydın Əliyevə çatdırıb, bu səfərin yaxın zamanlarda gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib.

 

Öz növbəsində Aydın Əliyev qonşu ölkəyə dəvətə görə iranlı həmkarına təşəkkürünü bildirib, münasib vaxtda bu səfərin baş tutacağına ümid etdiyini vurğulayıb. Toxunulan məsələlərə gəlincə, A.Əliyev qeyd edib ki, Azərbaycan-İran sərhədində, Astara Gömrük  İdarəsində  iki ölkənin gömrük və sərhəd xidməti nümayəndələrinin qarşılıqlı görüşləri artıq mütəmadi xarakter alıb, digər sərhəd-gömrük buraxılış məntəqələrində də bu cür işgüzar görüşlərin təşkili üçün müvafiq tədbirlər həyata keçirilir. Gömrük sahəsi üzrə mövcud qanunvericiliklərin daha geniş öyrənilməsi üçün birgə treninqlərin keçirilməsi zərurətinə də müsbət yanaşan Komitə sədri, ümumiyyətlə, ölkələrimizin uyğun qurumları arasında qarşılıqlı münasibətlərin, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrinin gələcək perspektivlərindən ətraflı bəhs edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR