Bakı. Könül Cəfərli – APA. “Azərbaycanla İran arasında telefon əlaqələrində problem iki ölkənin danışıq tariflərinə yenidən baxılması üçün zamanın sərf edilməsinə görə yaranıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov İRİB-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, artıq İranla Azərbaycan arasında razılıq əldə olunub: “İki gün ərzində İranla Azərbaycan arasında telefon əlaqələrində yaranmış problem aradan qaldırılacaq”.
Qeyd edək ki, bir neçə aydır İran vətəndaşlarının Azərbaycana zəng etməsində problem yaranıb. Ancaq Azərbaycan vətəndaşları İrana zəng etməkdə heç bir problemlə üzləşməyiblər.