Bank Of Baku

Azərbaycana İsraildən unikal smartfonlar gətiriləcək

Azərbaycana İsraildən unikal smartfonlar gətiriləcək
# 28 fevral 2013 08:50 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Barselonada keçirilən GSMA beynəlxalq mobil texnologiyalar sərgisində Azərbaycanın “Mobitel” və İsrailin “Lifewatch” şirkətləri arasında müqavilə imzalanıb.

 

Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun “APA-Economics”ə bildirib ki, müqaviləyə əsasən bu ilin ikinci rübündən tibbi sensorlu diaqnostika quraşdırılmış unikal smartfonların Azərbaycana ixracına və satışına başlanacaq.

 

Dünyada analoqu olmaya bu smartfonlar istifadəçiyə müstəqil şəkildə tibbi testlər keçirmək, o cümlədən elektrokardioqram çəkmək, qanda şəkərin və oksigenin miqdarını, puls və temperaturu ölçmək imkanları yaradır.

 

“Mobitel” şirkətinin hesablamalarına görə, sözügedən smartfonlar Bakının mağazalarında may-iyun aylarında satılmağa başlanacaq. Azərbaycan bu smartfonların satılacağı ilk xarici ölkə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR