Bakı. Əli Əhmədov – APA-Economics. Türkiyənin «Ağaoğlu» Şirkətlər Qrupu İstanbul şəhərində inşa edilən yeni yaşayış komplekslərində öz prestijli mənzillərini azərbaycanlı müştərilərinə çox sərfəli, aylıq 0,75%, illik 9% olmaqla 5 illik kreditlə təklif edir.
«Ağaoğlu» Şirkətlər Qrupunun Azərbaycandakı nümayəndəliyi olan «TurkAzInvest» şirkətindən «APA-Economics»ə bildirilib ki, «Ağaoğlu» Şirkətlər Qrupu tərəfindən İstanbulda inşa edilən və Azərbaycan vətəndaşlarına mənzillərin təklif edildiyi «My World Europe» yaşayış kompleksindəki mənzillərin 90%-i satılıb, artıq şirkət bu kompleksdəki sonuncu 300 mənzili satışa çıxarıb. Belə ki, İstanbulun Avropa hissəsində yerləşən 3 ayrı tipdə adlandırılmış («Pool Residence», «Arena Recidence», «Golf Residence») və 2010-cu ildə inşasına başlanan, ümumilikdə 3000 mənzildən ibarət «My World Europe» yaşayış kompleksində artıq sonuncu 300 mənzil satışa çıxarılıb. Mənzil sahibləri artıq bu ilin iyunundan etibarən öz mənzillərini təslim ala biləcəklər.
«Ağaoğlu»nun digər layihəsi, 2012-ci ildə əsası qoyulan «Maslak 1453» yaşayış kompleksində isə inşaat tam sürətlə davam edir. Artıq 2015-ci ildə təhvil verilməsi nəzərdə tutulan bu layihə Dövlət Fatih ormanları yaxınlığında yerləşdiyindən çox gözəl mənzərə ilə əhatə olunub.
«Türkiyənin inşaat sektorunun etibarlı markası olan «Ağaoğlu» Şirkətlər Qrupunun Azərbaycan nümayəndəliyi öz müştərilərinə daha yaxşı xidmət göstərmək məqsədilə bütün sualları cavablandırmağa hazırdır», - deyə məlumatda bildirilir.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr-ti,34, «Luxen Plaza», XI mərtəbə. Əlaqə tel: (+99 450/55) 206 03 50; (+994 12) 489 94 44; [email protected]; www.facebook.com/agaoglu.baku, www.twitter.com/AgaOglu_Az.