İyunda “Gulf Air” şirkəti Bəhreyn-Baku birbaşa aviareyslər həyata keçirməyə başlayacaq.
“APA-Economics” "İnterfax" agentliyinə istinadən xəbər verir ki, Bəhreyinin “Gulf Air” aviaşirkəti bu ilin iyunun 12-dən etibarən Bəhreyndən Bakıya birbaşa aviareyslərə başlayacaq.
“Uçuşlar həftədə 3 dəfə olmaqla çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Təyyarə Bəhreyn aeroportundan yerli vaxtla 01:20-də uçacaq, Bakı da isə yerli vaxtla 05:00-da eniş edəcək. Bakıdan uçuş 05:45-də, Bəhreyndə isə eniş 07:25-də olacaq”, - deyə aviaşirkətin saytında qeyd olunub.
Qeyd edək ki, fəaliyyətə 1950-ci ildə başlayan “Gulf Air” aviaşirkəti 25 ölkənin 42 şəhərinə uçuşlar həyata keçirir.