Bank Of Baku

Kazan-Bakı aviareysi açılır

Kazan-Bakı aviareysi açılır
# 01 mart 2014 07:33 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən Bakıya aviareys açılır. Uçuşları “Utair” aviaşirkəti “Boeing 737-500” təyyarəsi ilə həyata keçirəcək.

 

APA-Economics”in məlumatına görə, Tatarıstanın paytaxtından Bakıya uçuşlar hər həftənin cümə axşamı saat 13:30-da yerinə yetiriləcək. Bakıdan Kazana isə təyyarə 08:30-da qayıdacaq.

 

Təyyarədə ekonom və biznes siniflər olacaq. Biletin qiyməti təxminən 142 manat təşkil edir.

 

“Utair” aviaşirkəti xəbərdarlıq olmadan biletin qiymətini dəyişmək hüququnu özündə saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR