Bank Of Baku

Koreya tərəfi ASAN xidməti ilə əməkdaşlıq etmək niyyətindədir

Koreya tərəfi ASAN xidməti ilə əməkdaşlıq etmək niyyətindədir
# 18 aprel 2013 08:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Koreya Azərbaycanda fəaliyyət göstərən ASAN xidməti ilə əməkdaşlıq etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Koreyanın Azərbaycandakı səfiri Çoy Suk İnn bildirib.

 

«Artıq ASAN xidmətində görüş keçirilib və tərəflər arasında qarşılıqlı əməkdaşlıq haqqında danışıqlar aparılıb. ASAN-da göstərilən xidmətlər Koreyada artıq bir neçə ildir göstərilir və biz öz təcrübəmizlə ASAN xidməti ilə bölüşməyə hazırıq. ASAN xidmətinin əməkdaşlarının Koreyada təcrübə keçmələrini və ya Koreya mütəxəssislərinin Azərbaycana səfərini təmin edə bilərik», - deyə səfir qeyd edib.

 

Səfir həmçinin iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişaf etdiyini bildirib və qeyd edib ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR