Bank Of Baku

Naxçıvanda Regional Rabitə Birliyinin komissiyasının toplantısı keçiriləcək

Naxçıvanda Regional Rabitə Birliyinin komissiyasının toplantısı keçiriləcək
# 01 mart 2013 09:17 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 29-da Naxçıvanda Regional Rabitə Birliyi (RRB) Rabitə iqtisadiyyatı Komissiyasının 31-ci iclası keçiriləcək.

 

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasda RRB-yə üzv ölkələrin milli qanunvericiliyin müxtəlif istiqamətləri, beynəlxalq çağırışların başa çatdırılmasına operatorlararası tariflərin unifikasiyası üzrə işlər, stasionar və mobil şəbəkələrdə çağırışların LRIC modeli əsasında qiymətinin hesablanması, Azərbaycanda İKT sektorunun və informasiya cəmiyyətinin inkişafının iqtisadi aspektləri müzakirə ediləcək. Eyni zamanda, operatorlararası mobil və stasionar rabitə xidmətləri bazarı analiz ediləcək.


Bundan başqa, iclas zamanı rəqəmsal yayım xidmətlərinin tənzimlənməsi üzrə qaydalara, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi, insan resurslarının inkişaf etdirilməsi, İKT üzrə statistik göstəricilərin təkmilləşdirilməsi məsələlərinə baxılacaq.

 

Qeyd edək ki, iclasdan öncə, martın 27-28-də Beynəlxalq Telekommunikasiya İttifaqının «Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT indikatorlarının unifikasiyası» mövzusunda seminarı keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR