Bank Of Baku

Nazir: “Yaxın üç ildə Azərbaycanın bütün ərazisi genişzolaqlı internetlə təmin ediləcək”

Nazir: “Yaxın üç ildə Azərbaycanın bütün ərazisi genişzolaqlı internetlə təmin ediləcək”
# 19 aprel 2013 08:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycanın bütün ərazisinin sürətli internetlə təmin edilməsi üçün xüsusi layihə hazırlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncədə vətəndaş qəbulu keçirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

 

Onun sözlərinə görə, Dövlət Neft Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə xüsusi layihəsi var və bu məqsədlə fond tərəfindən nazirliyə təxminən 400 mln. manat vəsait ayrılacaq: “Layihə çərçivəsində respublikanın bütün ərazisi sürətli internetlə təmin ediləcək. Daha çox ehtiyac duyulan ərazilərdən biri də Gəncədir ki, burada da layihə çərçivəsində şəhərin bütün qəsəbələri rabitə və internetlə təmin ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR