Bank Of Baku

Nazir: «Azərbaycanda 1 Mbit/saniyə internetin qiyməti əmək haqqının 3%-i qədərdir»

Nazir: «Azərbaycanda 1 Mbit/saniyə internetin qiyməti əmək haqqının 3%-i qədərdir»
# 16 yanvar 2013 07:04 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda 1 Mbit/saniyə internet xidmətinin qiyməti orta əmək haqqının 3%-i qədərdir. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.

 

Nazir qeyd edib ki, son üç ildə Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderdir və 2012-ci ildə bu rəqəm 65%-dən təxminən 70%-ə çatıb. Keçən il İnternet xidmətlərinin keyfiyyəti yüksəlib, 2011-ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artıb, qiymətlər isə təxminən 35% azalıb. «Bu gün Azərbaycanda 1 Mbit/saniyə xidmətinin qiyməti orta əmək haqqının təxminən 3%-i qədərdir. Müqayisə üçün qeyd edim ki, inkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20% civarındadır», - deyə nazir bildirib.

 

Ə.Abbasov əlavə edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda «evlərə optika» modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb və artıq 2013-cü ildə bu layihənin icrası üçün 103 mln. manat vəsait ayrılıb: «Layihə 3 il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. Artıq 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35%-i təkrar investisiya hesabına ödəniləcək».

 

Nazir bildirib ki, layihənin əsas hədəfi ucqar kəndlər də daxil olmaqla, ölkənin bütün ərazisində sürəti 10-100 Mbit/saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85%-ə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR