Bank Of Baku

Nazir Əli Abbasov “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Nazir Əli Abbasov “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - <span style="color: red;">FOTO
# 18 fevral 2013 14:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

“ASAN xidmət”dən APA-ya verilən xəbərə görə, agentliyin rəhbəri İnam Kərimov 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. O bildirib ki, “ASAN Xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “vahid pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

 

Nazir Ə.Abbasov yeni yaradılan mərkəzdə görülən işləri və fəaliyyəti yüksək qiymətləndirib.

 

Qeyd edək ki, hazırda mərkəzdə 9 dövlət orqanı tərəfindən 23 növ xidmət həyata keçirilir. Bu xidmətlərdən hələlik Bakının Nəsimi, Nərimanov və Binəqədi rayon sakinləri istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR