Bank Of Baku

Nazir Əli Abbasov: «Azərbaycanın İKT sektorunun gəlirləri yaxın 7 ildə 5 dəfə artacaq» - YENİLƏNİB

Nazir Əli Abbasov: «Azərbaycanın İKT sektorunun gəlirləri yaxın 7 ildə 5 dəfə artacaq» - <span style="color: red;">YENİLƏNİB
# 19 fevral 2013 09:06 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

 

Ə.Abbasovun sözlərinə görə, 2012-ci ildə ölkədə İKT sektoru üzrə gəlirlər 1,750 mlrd. dollar təşkil edib və əvvəlki ilə nisbətən İKT sektoru 18% artıb: «2020-ci ildən başlayaraq, Azərbaycanda ÜDM-in əsas hissəsi qeyri-neft sektorunun hesabına formalaşacaq. 2020-ci ildə ölkədə İKT-nin orta illik artım tempinin 20% civarında olacağı gözlənilir ki, bu da ümumdünya orta göstəricisindən 2-2,5 dəfə çoxdur».

 

«Sektorun gəlirlərinin isə 2020-ci ildə 8-9 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da ÜDM-in 8-9%-ni təşkil edəcək», - deyə nazir vurğulayıb.

 

Ə.Abbasov əlavə edib ki, İKT sektorunun orta illik artım tempinin 2020-ci ildə 20% təşkil etməsi bu sahənin ixrac potensialını da artıracaq. Nazir bildirib ki, hazırda Azərbaycanda ixracın 85%-i neft sektorunun payına düşür: «Biz ildən-ilə bunu aradan qaldırıb, qeyri-neft məhsulları və xidmətlərin ixracını artırmaq niyyətindəyik. Bunun üçün ölkədə qeyri-neft sektorunda yeni layihələr və xidmətlər üzərində iş aparılır».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR