Bank Of Baku

Nazir müavini: “Tikinti məhsulları istehsalı 47 faizdən çox artıb"

Nazir müavini: “Tikinti məhsulları istehsalı 47 faizdən çox artıb"
# 05 iyun 2018 13:56 (UTC +04:00)

Yaxın illərdə Azərbaycan tikinti sənayesi məhsulları ilə özünü tam təmin edəcək.

 

APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

 

Onun sözlərinə  görə, hazırda Azərbaycan bir sıra tikinti məhsulları sahəsində özünü tam təmin edə bilir: “Amma bəzi sahələrdə bu tam olmasa da, göstəricilər yüksəkdir. Yaxın illərdə biz özümüzü 100 faiz tikinti məhsulları ilə təmin edəcəyik,” – deyə N. Səfərov qeyd edib.

 

Nazir müavini bildirib ki, əldə olunan rəqəmlərə görə, tikinti məhsulları istehsalı 47%-dən çox, sement istehsalı 24%-dən artıq, kərpic istehsalı isə 48% artıb.

 

N. Səfərov bildirib ki,  Azərbaycanda tikinti və maşınqayırma sahəsində keçirilən tədbirlər davamlıdır: “Bu tədbirlər iqtisadi diversifikasiyanın, kadr hazırlığını və xalqımızın vəziyyətinin yüksəldilməsinə xidmət edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR