Bank Of Baku

Ötən ay içməli sudan qeyri-qanuni istifadə nəticəsində “Azərsu” ASC-yə 269924 manat ziyan dəyib - FOTO

Ötən ay içməli sudan qeyri-qanuni istifadə nəticəsində “Azərsu” ASC-yə 269924 manat ziyan dəyib - <span style="color: red;">FOTO
# 19 aprel 2013 15:29 (UTC +04:00)

Bakı. Əli Əhmədov-APA-Economics. «Azərsu» ASC istehlakçılara göstərilən xidmətlərin dəqiq uçotunun aparılması, içməli su və kanalizasiya xidmətlərindən  qeyri-qanuni istifadənin qarşısını almaq istiqamətində nəzarət tədbirlərini davam etdirir.  ASC-dən  «APA-Economics»ə verilən məlumata görə, ötən müddətdə bu sahədə həyata keçirilən tədbirlər müəyyən qədər müsbət nəticələr versə də, hələ də bəzi abunəçilərin içməli sudan sayğacdankənar və müqavilə bağlanmadan istifadə etməsi halları aşkarlanır. Bu cür hallara əsasən qeyri-əhali qrupu abunəçiləri yol verir və içməli sudan qanunsuz istifadəyə daha çox şadlıq evlərində, restoranlarda, hamam, camaşırxana, avtoyuma, və s. obyektlərdə  rast gəlinir.  

 

“Azərsu” ASC-nin Abonent İşləri departamenti  və yerli  su-kanal  departamentlərinin əməkdaşları “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanunun tələblərini əsas götürməklə həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində təkcə mart ayı ərzində 140-ı Bakı şəhərində, 24-i isə müxtəlif rayonlarda olmaqla  içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 164  fakt aşkarlayıblar. Həmin faktlar aktlaşdırılmış və qiymətləndirmə nəticəsində “Azərsu”  ASC-yə dəymiş ziyan 269924 manat məbləğində müəyyən edilib.

 

Ümumilikdə 2013-cü ilin yanvar-mart aylarında həyata keçirilən tədbirlər nəticəsində içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə halları ilə bağlı 394 fakt aşkar edilib. Araşdırmalar nəticəsində “Azərsu”ya dəymiş ziyanın məbləği 925 900 manat olub. Görülmüş tədbirlər nəticəsində bu məbləğin  363 616 manatının ödənilməsi təmin edilib.  

 

“Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir və belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək. İçməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edən abunəçilərin  su təchizatı qeyd-şərtsiz dayandırılacaq  və “Azərsu” ASC-yə dəymiş ziyanın həmin abunəçilər tərəfindən ödənilməsi tələb ediləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR