Bank Of Baku

Ötən il 11 xarici mobil operator «Karabakh Telecom»la rouminq əməkdaşlığını dayandırıb

Ötən il 11 xarici mobil operator «Karabakh Telecom»la rouminq əməkdaşlığını dayandırıb
# 23 yanvar 2013 09:44 (UTC +04:00)

 

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən «Karabakh Telecom» şirkəti ilə xarici ölkələrin mobil rabitə operatorları arasında olan rouminq əməkdaşlığın dayandırılması məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi və mobil operatorlarla 2012-ci ildə birgə tədbirlər görülüb. Belə ki, ötən il ərzində 17 ölkənin 19 mobil rabitə operatoruna ünvanlanmış müraciətlər nəticəsində 11 xarici mobil operator «Karabakh Telecom»la rouminq əməkdaşlığını dayandırıb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR