Bank Of Baku

Ötən il Azərbaycanda 1277 qanunsuz radioelektron vasitə aşkarlanıb

Ötən il Azərbaycanda 1277 qanunsuz radioelektron vasitə aşkarlanıb
# 07 yanvar 2013 15:17 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən 848 müəssisə və təşkilatlarda istismar olunan avadanlıqlara texniki baxış keçirilib, təşkilatların müraciətlərinə əsasən möhürlərin və möhürlənmiş avadanlıqların möhürləri açılaraq istismara verilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müəssisə və təşkilatlarda istismar edilən radioelektron vasitələrinə (REV) texniki baxış zamanı DRİ-də dövlət qeydiyyatından keçməyən qeyri-qanuni istifadə edilən 1 277 ədəd müxtəlif növ REV aşkarlanıb. Bunlardan 544 ədədi qeydiyyata alınıb, 404 ədədi möhürlənib, 33 ədədi istismardan çıxardılıb (silinib), 296 ədəd REV-in qeydiyyata alınması üçün iş aparılır.

 

Qeyri-qanuni REV-i istifadə edən 67 istifadəçiyə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin pozulmasına dair protokollar tərtib edilib və müvafiq qaydada hüquqi tədbirlər görülüb.

 

DRİ-də qeydiyyatdan keçmiş kommersiya və fiziki şəxslərin istismar etdikləri REV-nə baxış keçirmək məqsədilə 2013-cü ildə planlaşdırılan yoxlamalar barədə Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinə məlumat verilib və təsdiqlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR