Bakı – APA-Economics. Azərbaycanda 2012-ci ildə beynəlxalq normalarla harmonizə edilmiş 139 milli standart dövlət qeydiyyatına alınıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bunlardan 9-u rabitə və informasiya texnologiyaları, 82-si nəqliyyat vasitələrinin təhlükəsizliyi, 26-sı tikinti materialları sahəsi, 4-ü yeyinti məhsulları, 2-si turizm, 6-sı uyğunluğun qiymətləndirilməsi və keyfiyyətin idarə olunması, 7-si isə digər sahələr üzrə olub.