Bank Of Baku

Pekində yeni aeroport tikiləcək

Pekində yeni aeroport tikiləcək
# 14 yanvar 2013 13:16 (UTC +04:00)

Bakı – APA-Economics. Çin hökuməti Pekində yeni aeroport tikintisi layihəsini təsdiq edib.

 

APA-Economics”in “The China Daily”yə istinadən xəbərinə görə, 11 mlrd. dollara başa gələcək hava limanı ilk sərnişinlərini 2018-ci ildə qəbul edəcək, 2025-ci ildə isə tam gücü ilə işləyəcək.

 

Yeni aeroportun tikintisinə səbəb köhnə hava limanının artıq imkanları xaricində işləməsi və Çinə gələn sərnişinlərin sayının ildən-ilə artmasıdır. Hazırda Pekin aeroportu sərnişin axınına görə dünyada yalnız Atlanta (ABŞ) aeroportundan geri qalır. Əgər 004-cü ildə Pekin aeroportu 35 mln. sərnişin qəbul etmişdisə, 2011-ci ildə bu göstərici 81 mln. nəfər olub.

 

Yeni hava limanı ildə 70 mln. sərnişini qəbul edə biləcək. Çin hökuməti 2015-ci ilədək ölkədə 70 aeroport tikmək, 100 aeroportu isə təmir etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR