“APA-Economics”in məlumatına görə, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının ərazisində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və ondan istifadə, elektron hökumətin formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.