Bank Of Baku

Prezident İlham Əliyev Goranboyda daha bir avtomobil yolunun açılışını edib

Prezident İlham Əliyev Goranboyda daha bir avtomobil yolunun açılışını edib
# 05 iyun 2018 10:58 (UTC +04:00)

Prezident İlham Əliyev iyunun 5-də Goranboy rayonunda Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

 

APA-nın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, uzunluğu 20 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metr təşkil edir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolağından ibarətdir. Hərəkət zolağının eni isə 3 metrə bərabərdir.

 

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR