Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-cü ilin ölkədə «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan olunması ilə bağlı təkliflərin qəbulunu elan edir.
«APA-Economics»in xəbər verdiyi kimi, Nazirliyin bəyanatında deyilir ki, 2013-cü ilin ölkədə İKT ili elan edilməsi haqqında Azərbaycan prezidentinin yanvarın 16-da imzaladığı sərəncamın icrası ilə əlaqədar hazırlanan Tədbirlər Planına daxil edilməsi məqsədilə il ərzində bu sahədə həyata keçirilməsi mümkün olan əhəmiyyətli tədbirlər barədə təklifləri 2013-cü il yanvarın 30-dək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilməsi xahiş olunur.