Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xəbər portalı olan www.mincom.gov.az yenilənib. Bu barədə «APA-Economics»ə Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib.
Yenilənmiş portalda Nazirlik barədə tam məlumatları əks etdirən bölmələrdən başqa xəbərlər bölməsində İKT sahəsi üzrə ölkə daxili və xarici xəbərlər yerləşdirilir. Xüsusi yaradılan müvafiq bölmələrdə qanunvericilik aktları, Nazirliyin fəaliyyət istiqamətləri, hazırda reallaşdırılan layihələr haqqında məlumatlar əks etdirilib.
Qeyd edək ki, portalda elektron xidmətlərin təqdim edilməsi çərçivəsində də xüsusi bölmə yaradılıb.